SON DƏQİQƏ
» » Millimiz Ermənistan komandası ilə üz üzə gələcək?

Millimiz Ermənistan komandası ilə üz üzə gələcək?

Tarix:

16-01-2021, 09:01

/ 3 413 dəfə oxundu.
Millimiz Ermənistan komandası ilə üz üzə gələcək?

Son vaxtlar sosial şəbəkələrdə futbol üzrə Azərbaycan və Ermənistan yığma komandalarının yaxın gələcəkdə qarşılaşma ehtimalı haqda müzakirələr aparılır. Azarkeşlər hesab edirlər ki, iki ölkə arasında münasibətlər normallaşdıqdan sonra milli komandalar da qarşılaşa bilərlər.

Məsələ ilə bağlı danışan idman eksperti Sənan Şəfizadə bildirib ki, Azərbaycan və Ermənistan futbol komandalarının üz-üzə gəlməsi üçün hər iki ölkənin futbol federasiyası UEFA-ya müraciət etməlidir:

"UEFA bu qaydaları illər öncə təsdiq edib. Məsələ təkcə Azərbaycan və Ermənistanla bağlı deyil. Qeyd edim ki, Azərbaycan və Ermənistandan başqa bir sıra ölkələr var ki, UEFA onları püşkatmada bir qrupa salmır. Misal üçün Ukrayna və Rusiya üçün də bu belədir. Bu ölkələr arasında siyasi konfliktlər hələ tam həll olunmayıb. Bu mənada UEFA idman prinsiplərini siyasətdən uzaq tutmaq istəyir. UEFA istəmir ki, bayrağı altında təşkil edilən hər hansı bir futbol oyununda problemlər yaşansın".

Ekspert xatırladıb ki, buna baxmayaraq, Azərbaycan və Ermənistan futbol komandaları bir neçə dəfə qarşılaşıblar:

"Neftçi” "Pünik” üzərində qələbə qazanıb, "Tonik” klubu isə oyundan imtina etmişdi. Bakının "İnter” klubu erməni komandası MİKA üzərində inamlı qələbə qazanmışdı.

O ki qaldı hazırda iki ölkənin milli komandaları və ya futbol klublarının yenidən qarşılaşmasına, inanmıram ki, qarşıdan gələn 4 il ərzində bu, mümkün olsun. Çünki yaralar hələ təzədir. Bu baxımdan ən az 4-5 il ərzində bunun olacağını düşünmürəm.

Xatırladım ki, yaxın keçmişdə Ermənistan və Azərbaycan milli komandalarının 19 yaşlılardan ibarət millisi qarşılaşıb. Həmin oyun Azərbaycan millisinin 2:1 qələbəsi ilə bitmişdi. Lakin iki ölkənin əsas milli komandalarının oyunu təhlükəsizlik problemi ilə əlaqədar ləğv edilmişdi

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ