SON DƏQİQƏ
» » UEFA Azərbaycanın yenidən beynəlxalq futbol oyunlarına ev sahibliyi etməsinə icazə verdi

UEFA Azərbaycanın yenidən beynəlxalq futbol oyunlarına ev sahibliyi etməsinə icazə verdi

Tarix:

3-12-2020, 21:31

/ 1 450 dəfə oxundu.
UEFA Azərbaycanın yenidən beynəlxalq futbol oyunlarına ev sahibliyi etməsinə icazə verdi

Artıq Azərbaycan əvvəlki kimi beynəlxalq oyunlara ev sahibliyi edə biləcək.

Bu barədə UEFA İcraiyyə Komitəsi qərar verib.

 

Qitənin ali futbol qurumunun bugünkü iclasında Qarabağdakı hərbi əməliyyatların dayandırılmasını nəzərə alaraq, oktyabrın 20-də tətbiq etdiyi qadağanı aradan qaldırıb.

Bu isə o deməkdir ki, milli və klub səviyyəli komandalarımız ev oyunlarını ölkəmizdə keçirə biləcəklər.

Qeyd edək ki, qadağa müddətində Azərbaycan yığması Millətlər Liqasının iki matçını ölkə xaricində keçirib, "Qarabağ” isə Avropa Liqasının Türkiyədəki üçüncü ev oyununa bu gün çıxacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ