Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində V turun oyunları keçiriləcək.
GunAz.az xəbər verir ki, Azərbaycanın turnirdəki yeganə təmsilçisi "Qarabağ" İsrailin "Makkabi" (Tel-Əviv) komandasını qəbul edəcək.
I qrupunun digər matçında İspaniya "Vilyarreal"ı Türkiyədə "Sivasspor"un qonağı olacaq. V tur qrupdakı hər iki vəsiqəsinin taleyinə aydınlıq gətirə bilər. Ağdam təmsilçisi növbəti mərhələ şanslarını itirsə də, "Makkabi"dən xal və ya xallar alaraq "Sivasspor"a şans yarada bilər.
İsveçrənin "Yanq Boyz”, Çexiyanın "Slaviya” (Praqa), Almaniyanın "Bayer” (Leverkuzen), Şotlandiyanın "Reyncers”, Portuqaliyanın "Benfika”, İspaniyanın "Qranada”, Niderlandın PSV, İtaliyanın "Napoli”, Niderlandın AZ, İspaniyanın "Real Sosyedad”, Portuqaliyanın "Braqa”, Fransanın "Lill”, İtaliyanın "Milan”, İspaniyanın "Vilyarreal”, İsrailin "Makkabi”, Belçikanın "Antverpen”, İngiltərənin "Tottenhem”, Xorvatiyanın "Dinamo”, Niderlandın "Feyenoord” və Serbiyanın "Srvena Zvezda” komandaları bu turda 1/16 finala vəsiqəni təmin edə bilərlər.
İtaliyanın "Roma”, İngiltərənin "Arsenal”, "Lester” və Almaniyanın "Hoffenhaym” komandaları növbəti mərhələyə vəsiqəni əvvəlcədən təmin ediblər.
"Qarabağ"la yanaşı Bolqarıstanın MOİK, İrlandiyanın "Dandolk”, Xorvatiyanın "Riyeka”, Şotlandiyanın "Seltik”, Bolqarıstanın "Lüdoqorets” və Belçikanın "Gent” komandası qrupda qalıb.
Xal durumu: "Lester" - 10, "Braqa" - 7, AEK - 3, "Zarya" - 3
Xal durumu: "Lill" - 8, "Milan" - 7, "Sparta" - 6, "Seltik" - 1
Xal durumu: "Vilyarreal" - 10, "Makkabi" - 7, "Sivasspor" - 6, "Qarabağ" - 0
Xal durumu: "Antverpen" - 9, "Tottenhem" - 9, LASK - 6, "Lüdoqorets" - 0
Xal durumu: "Dinamo" - 8, "Feyenoord" - 5, "Volfsberq" - 4, MOİK - 3
Xal durumu: "Hoffenhaym" - 12, "Srvena Zvezda" - 9, "Slovan" - 3, Gent - 0.
Xal durumu: "Roma" - 10, "Yanq Boyz" - 7, ÇFR - 4, MOİK - 1
Xal durumu: "Arsenal" - 12, "Molde" - 6, "Rapid" - 6, "Dandolk" - 0
Xal durumu: "Slaviya" - 9, "Bayer" - 9, "Nitsa" - 3, "Hapoel" - 3
Xal durumu: "Reyncers" - 8, "Benfika" - 8, "Lex" - 3, "Standard" - 3
Xal durumu: "Qranada" - 10, PSV - 6, PAOK - 5, "Omoniya" - 1
Xal durumu: "Napoli" - 9, AZ - 7, "Real Sosyedad" - 7, "Riyeka" - 0