SON DƏQİQƏ

Avropa Liqası: Bu gün IV turun oyunları keçiriləcək-AFİŞA

Tarix:26-11-2020, 08:26 Oxunub:3 272

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində IV turun oyunları keçiriləcək.

"Report"un məlumatına görə, Azərbaycanın turnirdəki yeganə təmsilçisi "Qarabağ" Türkiyədə "Sivasspor"la üz-üzə gələcək. I qrupunun digər matçında İspaniyanın "Vilyarreal" və İsrailin "Makkabi"(Təl-Əviv) komandaları qarşılaşacaq.

Turnirin iddialı komandalarından İngiltərə "Arsenal"ı Norveçdə "Molde"nin qonağı olacaq. Londonun digər təmsilçisi "Tottenham" isə Bolqarıstan "Lüdoqorets"ini qəbul edəcək.

İtaliya klublarından "Milan" Fransada "Lill"in, "Roma" isə Rumıniyada ÇFR-in müqavimətini qırmağa çalışacaq. "Napoli" isə Xorvatiyanın "Riyeka" komandasını qəbul edəcək.

Avropa Liqası
IV tur

A qrupu

21:55. MOİK (Sofiya, Bolqarıstan) - "Yanq Boyz” (İsveçrə)
00:00. ÇFR (Rumıniya) - "Roma” (İtaliya)

Xal durumu: "Roma" - 7, "Yanq Boyz" - 4, ÇFR - 4, MOİK - 1

B qrupu

21:55. "Molde” (Norveç) - "Arsenal” (İngiltərə)
00:00. "Dandolk” (İrlandiya) - "Rapid” (Vyana, Avstriya)

Xal durumu: "Arsenal" - 9, "Molde" - 6, "Rapid" - 3, "Dandolk" - 0

C qrupu

00:00. "Nitsa” (Fransa) - "Slaviya” (Praqa, Çexiya)
00:00. "Bayer” (Almaniya) - "Hapoel” (Beer-Şeva, İsrail)

Xal durumu: "Slaviya" - 6, "Bayer" - 6, "Nitsa" - 3, "Hapoel" - 3

D qrupu

00:00. "Reyncers” (Şotlandiya) - "Benfika” (Portuqaliya)
00:00. "Standard” (Belçika) - "Lex” (Polşa)

Xal durumu: "Reyncers" - 7, "Benfika" - 7, "Lex" - 3, "Standard" - 0

E qrupu

00:00. PSV (Niderland) - PAOK (Yunanıstan)
00:00. "Qranada” (İspaniya) - "Omoniya” (Kipr)

Xal durumu: "Qranada" - 7, PAOK - 5, PSV - 3, "Omoniya" - 1

F qrupu

00:00. AZ (Niderland) - "Real Sosyedad” (İspaniya)
00:00. "Napoli” (İtaliya) - "Riyeka” (Xorvatiya)

Xal durumu: AZ - 6, "Napoli" - 6, "Real Sosyedad" - 6, "Riyeka" - 0.

G qrupu

21:55. "Braqa” (Portuqaliya) - "Lester” (İngiltərə)
21:55. AEK (Yunanıstan) - "Zarya” (Ukrayna)

Xal durumu: "Lester" - 9, "Braqa" - 6, AEK - 3, "Zarya" - 0

H qrupu

21:55. "Sparta” (Praqa, Çexiya) - "Seltik” (Şotlandiya)
21:55. "Lill” (Fransa) - "Milan” (İtaliya)

Xal durumu: "Lill" - 7, "Milan" - 6, "Sparta" - 3, "Seltik" - 1

I qrupu

21:55. "Qarabağ” (Azərbaycan) - "Sivasspor” (Türkiyə)
21:55. "Makkabi” (Təl-Əviv, İsrail) - "Vilyarreal” (İspaniya)

Xal durumu: "Vilyarreal" - 9, "Makkabi" - 6, "Sivasspor" - 3, "Qarabağ" - 0

J qrupu

21:55. LASK (Avstriya) - "Antverpen” (Belçika)
00:00. "Tottenhem” (İngiltərə) - "Lüdoqorets” (Bolqarıstan)

Xal durumu: "Tottenhem" - 6, "Antverpen" - 6, LASK - 6, "Lüdoqorets" - 0

K qrupu

21:55. "Volfsberq" (Avstriya) - "Dinamo” (Zaqreb, Xorvatiya)
21:55. MOİK (Moskva, Rusiya) - "Feyenoord” (Niderland)

Xal durumu: "Dinamo" - 5, "Volfsberq" - 4, "Feyenoord" - 4, MOİK - 2

L qrupu

21:55. "Gent” (Belçika) - "Srvena Zvezda” (Serbiya)
21:55. "Slovan” (Liberec, Çexiya) - "Hoffenhaym” (Almaniya)

Xal durumu: "Hoffenhaym" - 9, "Srvena Zvezda" - 6, "Slovan" - 3, Gent - 0.


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<