SON DƏQİQƏ

Millətlər Liqasının sonuncu turu-AFİŞA

Tarix:

17-11-2020, 09:13

/ 4 452 dəfə oxundu.
Millətlər Liqasının sonuncu turu-AFİŞA

Bu gün UEFA Millətlər Liqasında qrup mərhələsinin sonuncu turuna start veriləcək.

"Report"un məlumatına görə, VI turun ilk oyun günündə 10 qarşılaşma təşkil ediləcək. C Liqasındakı Azərbaycan yığması Lüksemburqla qarşılaşacaq. 1-ci qrupda Monteneqro - Kipr görüşü də baş tutacaq.

A Liqasında final mərhələsinə vəsiqəni təmin edən Fransa İsveçi qəbul edəcək. 3-cü qrupun digər matçında Portuqaliya Xorvatiyanın qonağı olacaq.

UEFA Millətlər Liqası

VI tur
17 noyabr

A Liqası

3-cü qrup
23:45. Xorvatiya - Portuqaliya
23:45. Fransa – İsveç

Xal durumu: Fransa - 13, Portuqaliya - 10, Xorvatiya - 3, İsveç - 3.

4-cü qrup
23:45. İspaniya - Almaniya
23:45. İsveçrə - Ukrayna

Xal durumu: Almaniya - 9, İspaniya - 8, Ukrayna - 6, İsveçrə - 3

C Liqası

1-ci qrup
23:45. Monteneqro - Kipr
23:45. Lüksemburq - Azərbaycan

Xal durumu: Monteneqro - 10, Lüksemburq - 9, Azərbaycan - 5, Kipr - 4.

D Liqası

1-ci qrup
23:45. Andorra - Latviya
23:45. Malta - Farer adaları

Xal durumu: Farer adaları - 11, Malta - 8, Latviya - 4, Andorra - 2.

2-ci qrup
23:45. Cəbəllütariq - Lixtenşteyn

Xal durumu: Cəbəllütariq - 7, Lixtenşteyn - 4, San Marino - 2.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ