SON DƏQİQƏ

ÇL-da növbəti sınaq: “Başakşəhər”in ev SINAĞI

Tarix:27-10-2020, 08:53 Oxunub:3 297

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində ikinci tura start veriləcək.

GunAz.az-ın məlumatına görə, ilk oyun günündə 4 qrupda 8 görüş keçiriləcək. Turnirin son qalibi Almaniya "Bavariya"sı Moskvada Rusiyanın "Lokomotiv" komandasının qonağı olacaq. A qrupunun digər görüşündə "Atletiko" İspaniyada Avstriya "Zaltsburq"unu qəbul edəcək.

İlk turda məğlub olan İspaniyanın "Real Madrid" komandası Almaniyada Mönhenqladbax "Borussiya”sı ilə üz-üzə gələcək. İtaliya "İnter"i isə Ukraynada "Şaxtyor"la qarşılaşacaq.

Çempionlar Liqası
II tur
27 oktyabr

 

A qrupu
21:55. "Lokomotiv” (Moskva, Rusiya) – "Bavariya” (Almaniya)
24:00. "Atletiko” (İspaniya) – "Zaltsburq” (Avstriya)

 

Xal durumu: "Bavariya” - 3, "Lokomotiv” - 1, "Zaltsburq” - 1, "Atletiko” - 0

B qrupu
21:55. "Şaxtyor” (Donetsk, Ukrayna) – "İnter” (İtaliya)
24:00. "Borussiya” (Mönhenqladbax, Almaniya) – "Real Madrid” (İspaniya)

 

Xal durumu: "Şaxtyor” - 3, "Borussiya” - 1, "İnter” - 1, "Real Madrid” - 0

C qrupu
24:00. "Portu” (Portuqaliya) – "Olimpiakos” (Yunanıstan)
24:00. "Marsel” (Fransa) – "Mançester Siti” (İngiltərə)

 

Xal durumu: "Mançester Siti” - 3, "Olimpiakos” - 3, "Portu” - 0, "Marsel” - 0

D qrupu
24:00. "Liverpul” (İngiltərə) – "Midtüllann” (Danimarka)
24:00. "Atalanta” (İtaliya) – "Ayaks” (Niderland)

 

Xal durumu: "Atalanta” - 3, "Liverpul” - 3, "Ayaks” - 0, "Midtüllann” - 0


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<