SON DƏQİQƏ
» » Çempion: “Qazandığım mükafatı əsgər və zabit qardaşlarımıza göndərəcəm”

Çempion: “Qazandığım mükafatı əsgər və zabit qardaşlarımıza göndərəcəm”

Tarix:

25-10-2020, 08:27

/ 3 518 dəfə oxundu.
Çempion: “Qazandığım mükafatı əsgər və zabit qardaşlarımıza göndərəcəm”

"Allah bütün şəhidlərimizə rəhmət eləsin. Mən bu medalı şəhidlərimizə həsr edirəm”.

"Report” xəbər verir ki, bu fikirləri ötən gün Macarıstanın paytaxtı Budapeşt şəhərində cüdo üzrə "Böyük Dəbilqə” turnirində bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanan Azərbaycan idmançısı Rüstəm Orucov deyib.

 

"Burada qazandığım mükafatı inşallah əsgər və zabit qardaşlarımıza göndərəcəm. Qarabağ Azərbaycandır”, - deyə o əlavə edib.

Qeyd edək ki, cüdoçumuz nüfuzlu yarışda Monqolustan, Bolqarıstan, Rusiya, İsveç təmsilçilərinə qalib gələrək finala çıxıb.

R.Orucov qızıl medal uğrunda qarşılaşmada İsveçrə nümayəndəsi Nils Stampı məğlub edərək əsgər salamı verib. Beləliklə, Azərbaycan təmsilçisi Macarıstan yarışını fəxri kürsünün ən yüksək pilləsində başa vurub.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ