SON DƏQİQƏ
» » İlk dəfə rəsmən Azərbaycanda yaranmış idman növü: Alpaqut

İlk dəfə rəsmən Azərbaycanda yaranmış idman növü: Alpaqut

Tarix:

14-09-2020, 13:16

/ 3 356 dəfə oxundu.
İlk dəfə rəsmən Azərbaycanda yaranmış idman növü: Alpaqut


Türkdilli xalqların ən qədim idman növü olan Alpaqut ilk dəfə bir idman növü kimi rəsmi olaraq,Azərbaycanda qeydiyyatdan keçirilib. Belə ki, Azərbaycanda Alpaqut Federasiyası 14 mart 2014-cü ildən təsis olunaraq de-fakto fəalliyyət göstərsədə, ölkə daxilində Alpaqut döyüş sənətinin fəaliyyətini Azərbaycan Alpaqut Mərkəzi həyata keçirir. Federasiyasının prezidenti tanınmış iş adamı Qüdrət Nuriyev, birinci vitse prezidenti Nuranə Şıxəliyevadır 
Hər il Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təqvim planına əsasən Alpaqut idman növü bölgələrdə və paytaxtda şəhər, rayon, zona turnirləri, respublika kuboku birinciliyi və Azərbaycan çempionatı keçirilir. Və beləliklə, 
Azərbaycanda Alpaqut üzrə dünya kuboku 2017- ci ildə, birinci dünya çempionatı 2018- ci ildə, ikinci dünya çempionatı 2019 -cü il tarixində Bakı şəhərində çox böyük uğurla həyata keçirilib. Bu beynəlxalq yarışların keçirilməsinə Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Döyüş Federasiyaları Assosiasiyası tərəfindən razılaşdırılaraq yüksək dəstək verilib. 
Alpaqut idman növü ilə məşğul olan və gələcəkdə Azərbaycanı dünya səviyyəsində tanıda biləcək gənclər çoxdur. Onlardan biri də hamının gələcəyinə böyük ümidlə baxdığı Tural İlqar oğlu Salmanzadədir. Ona görə də biz onu çoxminli oxucularımızla daha yaxından tanış etmək istəyirik.

Tural İlqar oğlu Salmanzadə 16 iyun 1993- cü il tarixində Masallı şəhərində anadan olub. 1998-ci ildən Bakı şəhərinə köçmüş və burada Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşən Milli Qəhrəman Cavanşir Rəhimov adına 146 saylı orta məktəbdə təhsil almağa başlamışam və 2009- cu ildə həmən məktəbi bitirib Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin İnformatika və idarəetmə fakültəsinə qəbul olub. 2011-2013-cü illərdə hərbi xidmətdə olub. O, Universiteti əla qiymətlərlə bitirib.

Tural Salmanzadə kiçik yaşlarından idmanla məşğul olub. Alpaqut idman növü ilə məşğul olana qədər Yunan- Roma güləşi, kyokuşin karate ilə məşğul olub və hər iki idman növündə böyük uğurlar əldə edib. Amma bir neçə ildir ki, Alpaqut Turan döyüş sənəti yaranandan, daha doğrusu qeydiyyatdan keçəndən sonra Alpaqutla məşğul olur.

Bu idman növünə gəlməsi ilə bağlı Tural İlqar oğlu Salmanzadə belə dedi:

- 2016-cı ildə Azərbaycan Alpaqut Federasiyasının hakimlər kollegiyasının sədri Teqin Elşən Məmmədovla tanış olduq və o məni bu döyüş növünə qoşulmağa dəvət etdi. Təbii ki, ilk öncə bu sənət barəsində araşdırma apardım, mənə tələbələrimə və cəmiyyətə xeyirli olduğunu gördüm və bu idman növünün öz doğma vətənimizin, öz millətimizin döyüş sənəti olduğu üçün Alpaquta qoşulmağa qərar verdim. 2018-ci ildən isə Alpaqut Turan döyüş sənəti üzrə keçirilən bütün yarışlarda hakimlik etmək hüququ qazanmışam, bir neçə ölkə daxili və beynəlxalq yarışlarda vuruşmuşam, ən son yarışım 2019- cu ildə Bakıda keçirilən Alpaqut üzrə ikinci dünya çempionatında Aypara sistemi üzrə çempionluğa nail olmuşam. 2018-ci ildən Azərbaycan Alpaqut Federasiyasının Suraxanı rayon filialının sədri vəzifəsinə rəhbərlik edirəm. Artıq 4 ildir ki, döyüşçü fəaliyyətim ilə yanaşı həm də məşqçi kimi fəaliyyət göstərir, uşaqlara, gənclərə Vətənimiz üçün, Dövlətimiz üçün necə Alpaqut olmağı aşılayıram. Axı bizim Vətənimizin 20 faiz torpaqları erməni gavurları tərəfindən işğal altındadır. Ona görə də biz, Vətənimiz üçün çox güclü, qoçaq gənclər yetişdirməlyik. Alpaqut mənə elə gəlir ki, bu sahədə daha təkmil idman növüdür. Çünki bu idman növü ilə məşğul olan hər bir gənc çox asanlıqla qarşısındakı adamı məğlub edə bilir. Hətta onu ölümcül vəziyyətə belə sala bilir. Əgər Qarabağ uğrunda döyüşlər olsa, bizim idmançılar orada böyük uğurlar əldə edə bilərlər. Çünki onlar çox çevikdirlər. Həm də çox yüksək, bütöv xarakterə malikdirlər.

Söhbət əsnasında mən onu da öyrəndim ki, Tural Salmanzadə kyokuşin karate üzrə birinci Dan qara kəmər sahibi və Alpaqut Turan Döyüş Sənəti üzrə birinci San qara kəmər sahibidir. Artıq 2016- cı ildən məşqçi kimi də fəaliyyət göstərən Tural Salmanzadə çoxlu respublika çempionları, beynəlxalq turnirlərin qalibləri və dünya çempionları yetişdirib.

Qarşıda Alpaqut üzrə 3- cü dünya çempionatının Türkiyənin Bursa şəhərində bu ilin noyabr ayında həyata keçirilməsi planlaşdırılır. Həmin yarışda Azərbaycan idmançıları da yüksək səviyyədə iştirak edəcəklər. Biz inanırıq ki, həmin yarışdan idmançılarımız böyük qələbələrlə qayıdacaqlar. Biz ona da inanırıq ki, Tural Salmanzadə yenidən özünün dünya çempionu titulunu qoruyub saxlayacaq. Çünki o, təkcə özü yox, həm də yetirmələri artıq həmin yarışa çox əzmkarlıqla, böyük həvəslə hazırlaşırlar.

Azərbaycan Alpaqutçuları! Bu yarışda da sizə böyük uğurlar arzu edirik.

 

İlk dəfə rəsmən Azərbaycanda yaranmış idman növü: Alpaqutİlhamə MƏHƏMMƏDQIZI

İlk dəfə rəsmən Azərbaycanda yaranmış idman növü: Alpaqut

 

İlk dəfə rəsmən Azərbaycanda yaranmış idman növü: Alpaqut

 


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ