SON DƏQİQƏ
» » AL: "İnter"dən əzmli, "Mançester Yunayted"dən ÇƏTİN QƏLƏBƏ

AL: "İnter"dən əzmli, "Mançester Yunayted"dən ÇƏTİN QƏLƏBƏ

Tarix:

11-08-2020, 08:33

/ 2 819 dəfə oxundu.
AL: "İnter"dən əzmli, "Mançester Yunayted"dən ÇƏTİN QƏLƏBƏ

Almaniyada UEFA Avropa Liqasının 1/4 final oyunlarından 2-nə yekun vurulub.  

GunAz.az-ın məlumatına görə, İtaliya "İnter"i Dusseldorfda Almaniya "Bayer"i ilə üz-üzə gəlib. Görüş "İnter"in qələbəsi ilə yekunlaşıb - 2:1. Hər 3 qol ilk yarıda vurulub. "İnter"dən 15-ci dəqiqədə Nikolo Barella hesabı açıb. 21-ci dəqiqədə Romelu Lukaku fərqi artırıb. 25-ci dəqiqədə Kay Haverts təsəlli qolunu vurub. Qalan bölümdə "Bayer"in bundan artığına gücü çatmayıb. 

 

İngiltərənin "Mançester Yunayted" komandası isə Kölndə Danimarka "Kopenhagen"i ilə üz-üzə gəlib. Əsas vaxt qolsuz yekunlaşıb. Nəticədə əlavə vaxt təyin olunub. Görüşün taleyini 95-ci dəqiqədə "qırmızı şeytanlar"ın yeni transferi Brunu Fernandeşin penalti qolu həll edib - 1:0.  

Beləliklə, avqustun 17-də Düsseldorfda keçiriləcək ikinci yarımfinal görüşündə "İnter" və "Mançester Yunayted" üz-üzə gələcək. Avqustun 16-da Kolndə təşkil olunacaq ilk yarımfinal cütünün tərkibi isə bu gün müəyyənləşəcək. Duysburqdakı "MSV Arena"da İngiltərə "Vulverhempton"u İspaniya "Sevilya"sı ilə üz-üsə gələcək. Gelzenkirxendəki "AufŞalke Arena"da isə Ukrayna "Şaxtyor"u İsveçrə "Bazel"i ilə qarşılaşacaq.

AbbasƏLİ

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ