SON DƏQİQƏ
» » 1/4 finalın son iştirakçıları bu gün bilinəcək-AFİŞA

1/4 finalın son iştirakçıları bu gün bilinəcək-AFİŞA

Tarix:

6-08-2020, 08:32

/ 1 497 dəfə oxundu.
1/4 finalın son iştirakçıları bu gün bilinəcək-AFİŞA

Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq.

GunAz.az-ın məlumatına görə, ikinci oyun günündə də 4 qarşılaşma baş tutacaq.

Şotlandiyada "Reyncers"i 3:1 hesabı ilə məğlub etmiş "Bayer"in bu üstünlüyü Almaniyada da əldən verəcəyi inandırıcı görünmür.

Bu görüşlə eyni saatda start götürəcək digər matçda İspaniya "Sevilya"sı ilə İtaliya "Roma"sı münasibətlərinə aydınlıq gətirəcək. Bu klublar arasında ilk oyun pandemiya səbəbindən təxirə salındığından, hazırkı görüş Almaniyada keçiriləcək və həlledici olacaq.

Frankfurtda "Ayntraxt"ın qapısından 3 cavabsız top keçirmiş "Bazel" Almaniyadan olan rəqibini İsveçrədə sınağa çəkəcək.

Gecənin digər oyununda isə Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi İngiltərə "Vulverhempton"u Yunanıstan "Olimpiakos"unu qəbul edəcək. 

Avropa Liqası

1/8 final mərhələsi, cavab oyunları

6 avqust

20:55. "Bayer" (Almaniya) - "Reyncers" (Şotlandiya)

İlk oyun - 3:1

20:55. "Sevilya" (İspaniya) - "Roma" (İtaliya)

İlk oyun keçirilməyib

23:00. "Bazel" (İsveçrə) - "Ayntraxt" (Frankfurt, Almaniya)

İlk oyun - 3:0

23:00. "Vulverhempton" (İngiltərə) - "Olimpiakos" (Yunanıstan)

İlk oyun - 1:1.

Qeyd edək ki, Avropa Liqasında 1/8 final mərhələsinin ilk 4 oyunu avqustun 5-də keçirilib. Danimarka "Kopenhagen"i Türkiyə çempionu "Başakşehir"i iki oyunun yekununda (0:1, 3:0) üstələyərək, mərhələ adlayıb.

İngiltərə "Mançester Yunayted"i Avstriya LASK-ına hər iki qarşılaşmada (5:0, 2:1) qalib gəlib. 1/4 finalda "Mançester Yunayted" "Kopenhagen"lə görüşəcək.

Ukrayna "Şaxtyor"u Almaniya "Volfsburq"undan hər iki qarşılaşmada (3:1, 3:0) üstün olub. "Şaxtyor" 1/4 finalda "Ayntraxt" (Almaniya) - "Bazel" (İsveçrə) cütünün qalibi ilə qarşılaşacaq.  

İspaniya "Xetafe"sini yenən (2:0) İtaliya "İnter"i isə növbəti mərhələdə "Reyncers" (Şotlandiya) - "Bayer" (Almaniya) cütünün qalibi ilə görüşəcək. 

Nəhayət, "Vulverhempton" (İngiltərə) / "Olimpiakos" (Yunanıstan) cütünün qalibi "Sevilya" (İspaniya) / "Roma" (İtaliya) cütünün qalibi ilə üz-üzə gələcək. 


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ