SON DƏQİQƏ
» » “Anji”nin yetirməsi Azərbaycan klubuna transfer oldu - RƏSMİ

“Anji”nin yetirməsi Azərbaycan klubuna transfer oldu - RƏSMİ

Tarix:

17-07-2020, 22:23

/ 1 455 dəfə oxundu.
“Anji”nin yetirməsi Azərbaycan klubuna transfer oldu - RƏSMİ

"Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

GunAz.az xəbər verir ki, Azərbaycanın 19 yaşadək (U-19) millisinin hücumçusu Camal Cəfərovla beş illik müqavilə bağlanıb.

"Anji” futbol akademiyasının yetirməsi olan Camal son mövsümdə bu klubun əvəzedici komandasında çıxış edib.

Xatırladaq ki, növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən "Sabah” daha öncə Amin Seydiyev, İdris İnqilablı, Samir Məhərrəmli, Nicat Mehbalıyev, Slavik Alxasov və Aleksey İsayevi heyətinə cəlb edib.

 
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ