SON DƏQİQƏ

Milandan futbol ŞOUSU

Tarix:

8-07-2020, 08:26

/ 2 941 dəfə oxundu.
Milandan futbol ŞOUSU

Futbol üzrə İtaliya A Seriyasında XXXI turun mərkəzi görüşü "Milan" və "Yuventus" komandaları arasında keçirilib. 

GunAz.az xəbər verir ki, "Cüzeppe Meatsa" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 4:2. Qolların hamısı ikinci hissədə vurulub. Əvvəlcə "Yuventus" Adrien Rabyo 48-ci, Kriştianu Ronaldu isə 53-cü dəqiqədə fərqlənib. 

Lakin "Milan" az sonra 6 dəqiqəyə 3 qol vurub. 63-cü dəqiqədə Zlatan İbrahimoviç dəqiq penalti zərbəsi ilə fərqi azaldıb, 66-cı dəqiqədə Frank Kessi bərabərlik qoluna imza atıb. Oyunda son nöqtəni isə 81-ci dəqiqədə Ante Rebiç qoyub. 

Beləliklə, 75 xala malik "Yuventus" 68 xalla 2-ci pillədə olan "Latsio"nun "Leççe"yə səfərdə 1:2 hesabı ilə uduzmasından sonra, ən yaxın izləyicisi ilə xal fərqini artıra bilməyib. Xalını 49-a çatdıran "Milan" isə 5-ci pilləyə yüksəlib. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ