SON DƏQİQƏ

"Beşiktaş" "Qarabağ"ın qapıçısını alır

Tarix:2-06-2020, 11:50 Oxunub:2 723

İstanbul təmsilçisi "Beşiktaş" bosniya və hersoqovinalı qapıçı Asmir Beqoviçi heyətinə qatmağa hazırlaşır.

Transfer hüququ "Bournmut"da olan təcrübəli qapıçı üçün ingilis klubu ilə erkən görüş keçirilib.
"Beşiktaş" "Qarabağ"ın qapıçısını alır

Hava toplarında son dərəcə uğurlu olan 32 yaşlı qapıçının "ağ-qaralar"ın marağından xəbərdar olduğu və İstanbula getməyə isti baxdığı bildirilib.

Qeyd edək ki, Asmir Beqoviçin "Bournmut"la müqaviləsi növbəti mövsüm başa çatır. "Beşiktaş" qapıçını transfer hüququ ilə birlikdə almaq niyyətindədir.

Xatırladaq ki, Beqoviç karyerasının böyük hissəsini İngiltərədə keçirib. Adada 7 müxtəlif komandanın formasını geyinib. 2015-2017-ci illərdə "Çelsi"də oynayıb. 2019-cu ildə "Qarabağ" təcrübəli seyveri icarəyə götürüb. Beqoviç bu il Ağdam təmsilçisini "Milan"a dəyişib.




FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<