SON DƏQİQƏ

"Borussiya" Almaniya çempionatının bərpa olunmasından sonra "Şalke"ni məğlub edib

Tarix:16-05-2020, 21:17 Oxunub:1 222

Almaniya Futbol Çempionatının 26-cı turunda Dortmund "Borussiya"sı "Şalke"ni 4:0 hesabı ilə məğlub edib.
GunAz.az-in məlumatına görə, tur koronavirus pandemiyasının səbəb olduğu iki aylıq fasilədən sonra ilk olub.
Liqada ilk qolun müəllifi 29-cu dəqiqədə fərqlənən norveçli "Borussiya"nın hücumçusu Erlinq Holand oldu. Həmçinin qolları Rafael Qerreyra (45, 63) və Torqan Azar (48) vurublar.
Almaniya çempionatı koronavirus pandemiyası dövründə yenidən başlayan beş aparıcı Avropa çempionatından birincisi idi, bütün matçlar tamaşaçısız və arena ərazisində 322 nəfərdən artıq olmamaq məhdudiyyəti ilə keçirilib.
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<