SON DƏQİQƏ

Rəcəbov nəhayət ilk qələbəsini qazandı

Tarix:

9-05-2020, 23:04

/ 1 409 dəfə oxundu.
Rəcəbov nəhayət ilk qələbəsini qazandı

Şahmat üzrə Millətlər Kuboku turnirində qrossmeyster Teymur Rəcəbov ilk qələbəsini qazanıb.
GunAz.az xəbər verir ki, azərbaycanlı qrossmeyster T.Rəcəbov mübarizə apardığı dünya yığmasının heyətində günün ilk qarşılaşmasında - turnirin doqquzuncu turunda Vladislav Artyomova qalib gəlib. Onun komandası isə Rusiya yığması ilə qarşılaşmanı heç-heçə başa vurub. Turun digər görüşlərində Avropa yığması ABŞ millisinə, Çin komandası Hindistan seçməsi 2,5:1,5 hesabla qalib gəliblər.
Onuncu turda isə dünya yığması Avropa komandasını sınağa çəkəcək. Bundan başqa isə Rusiya-Hindistan, Çin-ABŞ görüşləri də keçiriləcək.
Qeyd edək ki, 6 komandanın iştirakı ilə keçirilən yarışın mükafat fondu 180 min ABŞ dollarıdır.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ