SON DƏQİQƏ

La liqada SƏS KÜYDƏN istifadə ediləcək

Tarix:

6-05-2020, 08:53

/ 2 852 dəfə oxundu.
La liqada SƏS KÜYDƏN istifadə ediləcək

İspaniya La Liqasının rəhbərliyi oyunların boş tribunalar önündə süni azarkeş səs-küyü şəraitində keçirilmə variantını nəzərdən keçirir.

"Report"un Sport.es-ə istinadən verdiyi məlumata görə, bu, futbolçular üçün daha ənənəvi ab-hava yarada və televiziya tamaşaçılarının oyunçular arasındakı dialoqu eşitməmələrinə səbəb ola bilər. Habelə, tribunalarda müxtəlif rənglərdə xüsusi stendlərin yerləşdirilmə variantına baxılır. Onlar azarkeşlərin mövcudluğunu vizual imitasiya edəcəklər.

Qeyd edək ki, İspaniya çempionatı martda koronavirus pandemiyası ilə əlaqədar dayandırılıb. Məcburi fasiləyədək 38 turun 27-si keçirilib. La Liqanın bərpası iyuna nəzərdə tutulub.       


скачать dle 12.1

Şərhlər