SON DƏQİQƏ
» » Portuqaliya çempionatının bərpa tarixi açıqlandı

Portuqaliya çempionatının bərpa tarixi açıqlandı

Tarix:

1-05-2020, 08:13

/ 1 509 dəfə oxundu.
Portuqaliya çempionatının bərpa tarixi açıqlandı

Portuqaliyanın baş naziri Antoniu Koşta Primeyranın bərpa tarixini açıqlayıb.

"Report"un məlumatına görə, Koşta bazar ertəsindən açıq havada fərdi idman növləri ilə məşğul olmağa icazə veriləcəyini bildirib. O, futbol çempionatlarının bərpasının mayın sonlarında mümkünlüyünü dilə gətirib.

Koşta deyib ki, ilk matçların 30-31 mayda keçirilməsi nəzərdə tutulub. O, bütün görüşlərin azarkeşsiz təşkil olunacağını əlavə edib.

Qərar baş nazir və Portuqaliya Futbol Federasiyası rəhbərliyi arasındakı görüş zamanı qəbul olunub.

24 turdan sonra "Portu" 60 xalla liderdir. "Benfika" isə 59 xalla ikincidir.

Qeyd edək ki, Belarus Yüksək Liqası istisna olmaqla, Avropanın bütün ölkələrində çempionatlar koronavirus pandemiyası üzündən dayandırılıb. Çempionlar Liqası və Avropa Liqasının oyunları isə qeyri-müəyyən müddətə təxirə salınıb. 


скачать dle 12.1

Şərhlər