SON DƏQİQƏ

Avrokuboklar barədə qərar verildi

Tarix:

14-04-2020, 08:20

/ 1 468 dəfə oxundu.
Avrokuboklar barədə qərar verildi

Avropa Klubları Assosiasiyası (ECA) və UEFA cari mövsümün başa çatdırılmasına dair razılığa gəliblər.
GunAz.az-ın xarici KİV-lərə istinadən məlumatına görə, bütün çempionatların oktyabrın sonlarına nəzərdə tutulan təxirə salınmış avrokubok oyunlarınadək təşkili planlaşdırılır. Qarşılaşmaların hamısı azarkeşsiz keçiriləcək. Komandalar hər mərhələdə iki yox, bir matça çıxacaqlar.
Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar Avropada Belarus çempionatı istisna olmaqla, bütün yarışlar dayandırılıb. Dünyada isə Burundi, Tacikistan, Nikaraqua və Tayvanda yarışlar keçirilir.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ