SON DƏQİQƏ

Zidanın kəllə vurduğu SANYOL-FOTO

Tarix:

11-04-2020, 08:51

/ 3 194 dəfə oxundu.
Zidanın kəllə vurduğu SANYOL-FOTO

"Oyundan sonra paltardəyişmə otağında Zinəddin Zidan üzr istədi. Amma mən onun üzrxahlığını qəbul etmədim. Bunun üçün münasib vaxt deyildi. Biz çox məyus idik".
GunAz.azn məlumatına görə, bunu Fransa milli komandasının sabiq futbolçusu Villi Sanyol İtaliya ilə keçirdikləri 2006-cı il dünya çempionatının final oyunu barədə RMC-yə danışarkən deyib. 
Keçmiş müdafiəçi Zidanla iki ilədək danışmadığını bildirib: "Paltardəyişmə otağından tualetə gedərək, 10 dəqiqəyə 250 siqaret çəkdim. Bundan sonra Zidanla iki il danışmadım. 2008-ci ildə toyum oldu. Həyat yoldaşım dedi ki, onu da çağırım. Mən Zinəddinə zəng etdim, birgə nahar etdik. Aramızda yaxşı söhbət oldu".
Qeyd edək ki, final oyununun əsas və əlavə vaxtı heç-heçə ilə yekunlaşıb - 1:1. Görüşün 109-cu dəqiqəsində fransalı yarımmüdafiəçi Zinəddin Zidan italiyalı müdafiəçi Marko Materatsinin sinəsinə başla zərbə endirdiyi üçün qırmızı vərəqə alıb. Penaltilər seriyasında isə İtaliya yığması qələbə qazanıb - 5:3.report

Zidanın kəllə vurduğu SANYOL-FOTO

 

 


 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ