SON DƏQİQƏ
» » Çempionatın oyunları azarkeşsiz keçiriləcək - Rəsmi

Çempionatın oyunları azarkeşsiz keçiriləcək - Rəsmi

Tarix:

10-03-2020, 19:18

/ 2 062 dəfə oxundu.
Çempionatın oyunları azarkeşsiz keçiriləcək - Rəsmi

Azərbaycan Premyer Liqasının XXI, XXII, I Divizionun XIX və XX turlarının oyunları azarkeşsiz keçiriləcək.

Bu barədə qurumun prezidenti Ramin Musayev əmr imzalayıb.

Sənəddə bildirilib ki, Ümumdünya Səhiyyə Təşkilatı son günlərdə koronavirus xəstəliyinə yoluxma hallarının artmasını, virusun coğrafiyasının genişlənməsini nəzərə alaraq dövlətlər tərəfindən müvafiq preventiv tədbirlərin gücləndirilməsi, eləcə də kütləvi tədbirlərin təxirə salınması təşəbbüsü ilə çıxış edib.

"Virusun dünya üzrə əhatə dairəsi genişləndiyindən ölkəmizdə də müvafiq profilaktik tədbirlər gücləndirilib. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılan Operativ qərargah mütəxəssislər ilə aparılan məsləhətləşmələr və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrindən irəli gələrək ayrı-ayrı qurumları yaxın müddətdə hər hansı kütləvi tədbir keçirməməyə, artıq təyin olunan tədbirlərin tarixini isə dəyişdirməyə çağırır", - əmrdə qeyd olunub.

Sənədə əsasən, adamların sıx toplaşdığı məkanlarda virusa yoluxma riski yüksək olduğundan və ölkəmizdə virusa qarşı aparılan mübarizə rəhbər tutularaq I Divizionun XIX, XX, Premyer Liqanın XXI, XXII turlarının azarkeşsiz keçirilməsi, oyunun keçirilməsinə cavabdeh olan şəxslərin, eləcə də KİV nümayəndələrinin PFL vəsiqələrini təqdim etdikləri halda stadiona buraxılmasının təmin olunması, əmrdən irəli gələnlərin həyata keçirilməsini meydan sahibi komandanın təmin etməsi istənilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ