SON DƏQİQƏ
» » Teymur Rəcəbov nüfuzlu yarışa qatılmaqdan imtina etdi

Teymur Rəcəbov nüfuzlu yarışa qatılmaqdan imtina etdi

Tarix:

6-03-2020, 12:28

/ 2 128 dəfə oxundu.
Teymur Rəcəbov nüfuzlu yarışa qatılmaqdan imtina etdi

Azərbaycanlı şahmatçı Teymur Rəcəbov İddiaçılar Turnirində çıxış etməyəcək.

 

GunAz.az xəbər verir ki, şahmatçımız Beynəlxalq Şahmat Federasiyasını (FIDE) bu barədə məlumatlandırıb.

 

Ötən il Rusiyanın Xantı-Mansiysk şəhərində Dünya Kubokunun qalibi olmaqla, bu nüfuzlu turnirə vəsiqə qazanmış Teymur Rəcəbov qərarını şəxsi səbəblərlə əlaqələndirib.

 

Turnirin reqlamentinə əsasən onu fransalı Maksim Vaşye-Laqrav əvəzləyib. Vaşye-Laqrav 2019-cu ilin fevralından bu ilin yanvarınadək olan reytinq sıralamasında ən yüksək göstəriciyə sahib olduğundan, İddiaçılar Turnirində çıxış etmək hüququ əldə edib.

 

Qeyd edək ki, səkkiz şahmatçının mübarizə aparacağı İddiaçılar Turniri 15 mart-5 aprel tarixlərində Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək.

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ