SON DƏQİQƏ
» » “Traktor-Azərbaycan”ın oyunları canlı yayımlanacaq – IRANA ETIRAZ

“Traktor-Azərbaycan”ın oyunları canlı yayımlanacaq – IRANA ETIRAZ

Tarix:

3-03-2020, 21:02

/ 3 353 dəfə oxundu.
“Traktor-Azərbaycan”ın oyunları canlı yayımlanacaq – IRANA ETIRAZ

Güney Azərbaycanın Təbriz şəhərini İran çempionatında təmsil edən “Traktor-Azərbaycan” futbol klubunun Super Liqa qarşılaşmaları internetdə canlı yayımlanacaq.

GunAz.az xəbər verir ki, qərar klubun idarə heyətinin sədri Abbas İlyasinin İran Teleradio Şirkətinə məktub ünvanlanmasından sonra verilib.

İlyasi məktubunda İran telekanallarında Güney Azərbaycan təmsilçisinə qarşı ayrı-seçkiliyin edildiyini bildirib.

Klub rəhbərliyi Teleradio Şirkətinin diqqətinə verilən qərarın üzərində durduğunu vurğulayaraq çatdırıb, İran telekanallarında “Traktor-Azərbaycan”ın oyunlarının yayımlanmasına qoyulan qadağa götürülməyəcəyi təqdirdə klubun oyunlarının internet vasitəsi ilə yayımlanacağını qeyd edib.

Komanda azarkeşləri bu şəkildə görüşləri canlı izləyə biləcəklər.

скачать dle 12.1

Şərhlər