SON DƏQİQƏ

Ronaldo yarım milyon dollara saat alıb

Tarix:

8-01-2020, 20:10

/ 2 053 dəfə oxundu.
Ronaldo yarım milyon dollara saat alıb

Portuqaliya milli komandasının və İtaliyanın "Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldo yeni saatını nümayiş etdirib.

Ulduz hücumçu ictimaiyyət önünə "Roleks" şirkətinin istehsalı olan yeni saatı ilə çıxıb.

Bu, şirkətin "GMT Master İce" modelli saatıdır. 18 karatlıq ağ qızıldan hazırlanan və 30 karatlıq ağ brilyantlarla bəzədilən saatın qiyməti təxminən yarım milyon dollardır. Daha dəqiqi isə bu qiymət 485 min 350 dollar təşkil edir.

Ötən ilin sonunda Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki təqdimat mərasiminə qatılanda K.Ronaldanun qolunda başqa saat var idi. "Roleks"in həmin modeli 380 min avroya bərabərdir.

Lakin futbolçunun saat kolleksiyasında təkcə "Roleks"in bu iki modeli deyil. Məhdud sayda istehsal olunan "Jacob & Co."nun qiyməti 130 min avrodur. K.Ronaldonun ən bahalı saatı isə Frank Müllerin hazırladığıdır və onun qiyməti 1,5 milyon dollardır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ