SON DƏQİQƏ
» » Atletika Federasiyası ilin idmançılarının adını açıqladı

Atletika Federasiyası ilin idmançılarının adını açıqladı

Tarix:

27-12-2019, 21:44

/ 1 261 dəfə oxundu.
Atletika Federasiyası ilin idmançılarının adını açıqladı

Milli Olimpiya Komitəsində Azərbaycan Atletika Federasiyasının (AAF) 2019-ci ilin yekunları keçirilib. 

GunAz.az xəbər verir ki, AAF prezidenti Çingiz Hüseynzadə açılış nitqi söylədikdən sonra federasiyanın baş katibi Məhərrəm Sultanzadə 2019-cu ildəki uğurlar haqda çıxış edib.  

Məlum olub ki, 2019-cu ildə atletika ilə məşğul olan idmançılarımız ümumilikdə 28 beynəlxalq yarışda çıxış edib

Bunlardan yeddisi qış mövsümündə, 21-i isə yay mövsümündə olub.  

Bu yarışlarda idmançılarımız dörd qızıl, doqquz gümüş və doqquz bürünc medal (cəmi 22 medal) qazanıb. İdmançılarımızdan Nazim Babayev Qış Avropa çempionatının və Yay Universiadasının qalibi olmuş, U-23 Avropa çempionatında gümüş medal qazanıb.  

Anna Skidan və Aleksis Kopelyo isə Dohada keçirilən Dünya çempionatında final mərhələsinə vəsiqə qazanaraq, yarışı yeddinci pillədə başa vurub.  

Çıxışlardan sonra mükafatlandırma mərasimi keçirilib.  

AAF-ın təqdim etdiyi mükafat aşağıdakı kimidir:  

İlin idmançıları – Anna Skidan, Nazim Babayev  

İlin gənc idmançısı – Rüstəm Məmmədov  

İlin məşqçisi – Ziyad Xalfayev  

İlin hakimi – Kənan Məhərrəmov  

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ