SON DƏQİQƏ
» » Türk futbolçu yanvarda “Barselona”ya keçə bilər

Türk futbolçu yanvarda “Barselona”ya keçə bilər

Tarix:

9-12-2019, 23:14

/ 923 dəfə oxundu.
Türk futbolçu yanvarda “Barselona”ya keçə bilər

İtaliya A seriyasında çıxış edən “Yuventus” klubunun türk futbolçusu Merih Demiralın adı “Barselona” ilə hallanır.

“Spor Arena” xəbər verir ki, Turin klubunun “Barselona”dan İvan Rakitiçi transfer etmək istəməsi Merih Demiralın katalon klubuna keçidinə səbəb ola bilər.

Məlumata görə, İvan Rakitiçi yanvar ayında heyətinə cəlb etmək istəyən “Yuventus” Merih Demiral və ya Ruqanini “Barselona”ya təklif edib.

Jerar Pikenin yaşının çox olması səbəbilə gənc və uzun müddət çıxış edə biləcək bir müdafiəçiyə ehtiyacı olan “Barselona”nın italyanların təklifinə müsbət baxdığı qeyd olunur.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ