SON DƏQİQƏ

ÇL: Bu günün AFİŞASI

Tarix:

27-11-2019, 09:10

/ 1 482 dəfə oxundu.
ÇL: Bu günün AFİŞASI

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində V tura yekun vurulacaq.

GunAz.az-ın məlumatına görə, ikinci oyun günündə E,F,G və H qruplarındakı komandalar qarşılaşacaq.

Turnirin son qalibi "Liverpul" İngiltərədə İtaliyanın "Napoli" klubunu qəbul edəcək. Mersisayd təmsilçisi qələbə sayəsində digər görüşün nəticəsindən asılı olmayaraq 1/8 finala yüksələcək. E qrupunun digər matçında "Genk" Belçikada Avstriya "Zaltsburq"u ilə üz-üzə gələcək.

F qrupunda İspaniya "Barselona"sı Almaniyanın "Borussiya" (Dortmund) kollektivini qəbul edəcək. İtaliya "İnter"i isə Çexiyada "Slaviya"nın (Praqa) qonağı olacaq. İspaniyadakı görüşdə qələbə qazanan tərəf növbəti mərhələyə vəsiqəni təmin edəcək. "İnter" isə şanslarını qorumaq üçün mütləq rəqibini məğlub etməlidir. 

Rusiyanın "Zenit" klubu G qrupunda Fransa "Lion"unu qəbul edəcək. Digər görüşdə isə "Leyptsiq" Almaniyada Portuqaliyanın "Benfika" komandasını sınağa çəkəcək. Almaniya klubuna növbəti mərhələ üçün heç-heçə də kifayətdir. "Lion" Rusiyada qələbə qazana bilsə, "play-off"u rəsmiləşdirəcək. Bu isə "Zenit"in şanslarını itirməsi deməkdir.

Nəhayət H qrupunda "Valensiya" İspaniyada İngiltərənin "Çelsi" klubu, "Lill" isə Fransada Hollandiyanın "Ayaks" kollektivi ilə qarşılaşacaq. Qrupda 3 komandanın 7 xalı var. London klubu şəxsi oyunlarda rəqiblərindən öncə olduğu üçün qələbə sayəsində 1/8 finala vəsiqə qazanacaq. "Valensiya" da qalib gəlsə, istəyinə nail olacaq. “Ayaks” istənilən halda şansını saxlayacaq. Komandanın pley-offa yüksəlməsi və ya şansnı itirməsi heç bir halda bu turda dəqiqləşə bilməz.

Çempionlar Liqası

Qrup mərhələsi, V tur

27 noyabr

E qrupu 

24:00. "Liverpul" (İngiltərə) - "Napoli" (İtaliya)
24:00.  "Genk" (Belçika) - "Zaltsburq" (Avstriya) 

Xal durumu: "Liverpul" - 9, "Napoli" - 8, "Zaltsburq" - 4, "Genk" - 1.

F qrupu 

24:00. "Barselona" (İspaniya) - "Borussiya" (Dortmund, Almaniya)

24:00. "Slaviya" (Praqa, Çexiya) - "İnter" (İtaliya)

Xal durumu: "Barselona" - 8, "Borussiya" - 7, "İnter" - 4, "Slaviya" - 2 

G qrupu

21:55. "Zenit" (Rusiya) - "Lion" (Fransa) 

24:00. "Leyptsiq" (Almaniya) - Benfika" (Portuqaliya)

Xal durumu: "Leyptsiq" - 9, "Lion" - 7, "Zenit" - 4, "Benfika" - 3

H qrupu

21:55. "Valensiya" (İspaniya) - "Çelsi" (İngiltərə)

24:00. "Lill" (Fransa) - "Ayaks" (Hollandiya)

Xal durumu: "Ayaks" - 7, "Çelsi" - 7, "Valensiya" - 7, "Lill" - 1. 

скачать dle 12.1

Şərhlər