SON DƏQİQƏ
» » “Mançester Siti” bu türk futbolçunu transfer etmək istəyir

“Mançester Siti” bu türk futbolçunu transfer etmək istəyir

Tarix:

16-11-2019, 23:09

/ 1 307 dəfə oxundu.
“Mançester Siti” bu türk futbolçunu transfer etmək istəyir

Bu mövsüm “Lester Siti”də göstərdiyi gözəl oyunu ilə diqqət mərkəzinə düşmüş Türkiyə millisinin futbolçusu Çağlar Söyüncüyə daha güclü komandanın marağı var.

İngiltərə Premyer Liqasının nəhəng klublarından olan “Mançester Siti”nin Söyüncünü heyyətinə qatmaq fikri olduğu deyilir.

Bu mövsüm Premyer Liqaya o qədər də uğurlu olmayan start verən klubun baş məşqçisi Pep Quardiola dövrə arası transfer mərhələsi üçün futbolçunu siyahısına daxil edib.

Quardiolanı bu transferə yönəldən ən böyük səbəb “Lester”in 12 matçda qapısında sadəcə 8 qol görməsi və bunda ən böyük payın Conni Evans – Çağlar Söyüncü duetinin öhdəsinə düşməsidir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ