SON DƏQİQƏ
» » Ermənistan futbolunda danışılmış oyun aşkarlandı

Ermənistan futbolunda danışılmış oyun aşkarlandı

Tarix:

4-11-2019, 20:02

/ 1 899 dəfə oxundu.
Ermənistan futbolunda danışılmış oyun aşkarlandı

Ermənistan Milli Təhlükəsizlik Xidməti ölkənin səviyyəcə ikinci liqasında çıxış edən komandaların matçında oyun alqı-satqısı aşkarlayıb.

GunAz.az xəbər verir ki, "Masis" klubunun nümayəndəsi və oyunçulardan biri rüşvət müqabilində sentyabrın 6-da keçirilmiş "Torpedo İrəvan" ilə görüşün nəticəsini bilərəkdən rəqibin xeyrinə təyin ediblər.

Ölkə kuboku matçında bir neçə insanın etdiyi mərc nəticəsində bukmeyker şirkətinə ciddi ziyan dəyib, ancaq dəyən ziyanın məbləği açıqlanmayıb.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin İstintaq şöbəsində faktla bağlı cinayət işi açılıb. Klub üzvləri təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilərək barələrində axtarış qərarı çıxarılıb. Məsələ ilə bağlı Ermənistan Futbol Federasiyasına və UEFA-ya məlumat veriləcək.

İlkin istintaq davam edir.

Qeyd edək ki, qarşılaşma "Torpedo İrəvan"ın 3:0 hesablı qələbəsi ilə bitib.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ