SON DƏQİQƏ
» » Kişi millimiz ermənilərə uduzub medal şansını itirdi, qadın yığmamızdan növbəti qələbə - YENİLƏNİB

Kişi millimiz ermənilərə uduzub medal şansını itirdi, qadın yığmamızdan növbəti qələbə - YENİLƏNİB

Tarix:

1-11-2019, 22:07

/ 760 dəfə oxundu.
Kişi millimiz ermənilərə uduzub medal şansını itirdi, qadın yığmamızdan növbəti qələbə - YENİLƏNİB

Gürcüstanın Batumi şəhərində keçirilən şahmat komandaları arasında Avropa çempionatında VIII tur başa çatıb.  

GunAz.az xəbər verir ki, kişi millimiz bu gün Ermənistan millisi ilə qarşılaşıb.  

Komandamız prinsipial görüşdə 1,5:2,5 hesabı ilə məğlub olub.  

Şəhriyar Məmmədyarov bu dəfə də ənənəsinə sadiq qalaraq Levon Aronyanla ağ fiqurlarla heç-heçə edib.  

Arkadi Naydiç və Qədir Hüseynov da sülhə imza atıb. Lakin dördüncü lövhədə Eltac Səfərlinin məğlubiyyəti komandamızın uduzmasına səbəb olub.  

Bununla da doqquz xalı olan komandamız 12-ci sıraya düşüb və sona bir tur qalmış medal qazanmaq şansını itirib.  

Qadın millimiz isə Fransadan üstün olub – 2,5:1,5.  

Günay Məmmədzadə və Gülnar Məmmədovanın qələbələri komandamızın iki xal qazanmasında böyük rol oynayıb. Xanım Balacayeva heç-heçə edib, Ülviyyə Fətəliyeva Fransanı təmsil edən Almira Skripçenkoya uduzub.  

Qadın millimiz xalını 12-yə yüksəltsə də, yenə 3-cü sırada qalıb.  

Sona bir tur qalmış məğlubedilməz Rusiya 14 xalla 1-cidirsə, meydan sahibi Gürcüstan 13 xalla 2-ci pillədə qərarlaşıb. 

12:02

Gürcüstanın Batumi şəhərində keçirilən şahmat komandaları arasında Avropa çempionatı sona yaxınlaşır.

GunAz.az xəbər verir ki, millimiz bu gün reytinqinə görə Avropanın 5-ci komandası olan Ermənistanla qarşılaşacaq.

Millimiz yenə Avropa çempionatından medalla qayıtmaq istəyirsə, bu görüşdə mütləq şəkildə qalib gəlməlidir. Artıq bu görüşün heyəti açıqlanıb.

Keçirdiyi yeddi görüşdə heç-heçələri sıralayan Şəhriyar Məmmədyarov bu gün ağ fiqurlarla Levon Aronyanla qarşılaşacaq. Arkadi Naydiç qara fiqurlarla Qabriel Sarqissyanla görüşəcək. Qədir Hüseynov ağ fiqurlarla Qrant Melkumyanla, Eltac Səfərli qaralarla Arman Paşikyanla oynayacaq.

Xatırladaq ki, medal şansları yüksək olan qadın millimiz isə bu gün həm reytinqinə, həm də turnir cədvəlindəki yerinə görə 6-cı olan Fransa ilə qarşılaşacaq.

06:41

Gürcüstanın Batumi şəhərindəki şahmat üzrə komandalararası Avropa çempionatında bu gün VIII turun görüşləri keçiriləcək.

GunAz.az xəbər verir ki, Azərbaycanın kişilərdən ibarət yığması Ermənistanla qarşılaşacaq. Qadın millisi isə Fransa ilə üz-üzə gələcək.

Görüşlər saat 15:00-da başlanacaq. İlk yeddi turdan sonra xal durumu belədir:

Kişilər: 1. Rusiya - 12, 2-4. Ukrayna, İngiltərə, Almaniya - 11, 5. Sloveniya - 10, 6-8. Ermənistan, AZƏRBAYCAN, Xorvatiya - 9 xal.

Qadınlar: 1. Rusiya - 13, 2. Gürcüstan - 11, 3-5. AZƏRBAYCAN, Ukrayna, Ermənistan - 10, 6-8. Fransa, İtaliya, Türkiyə - 9 xal.   

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ