SON DƏQİQƏ

“Barselona" “Valyadolid”i darmadağın edib

Tarix:

30-10-2019, 09:28

/ 1 394 dəfə oxundu.
“Barselona" “Valyadolid”i darmadağın edib

Oktyabrın 29-da futbol üzrə İspaniya La Liqasının XI turunun ikinci qarşılaşmasında "Barselona” doğma meydanda "Valyadolid”i qəbul edib.
GunAz.az xəbər verir ki, gözlənildiyi kimi, görüşə meydan sahibləri fəal başlayıblar. Artıq 2-ci dəqiqədə Kataloniya klubunun müdafiəçisi Lenqle hesabı açıb – 1:0. Lakin qonaqlar 15-ci dəqiqədə Kiko Olivasın vurduğu qol sayəsində hesaba tarazlıq gətiriblər – 1:1. Meydan sahibləri 29-cu dəqiqədə Vidalın qolu ilə yenidən hesabda önə keçiblər. Cəmi 5 dəqiqə sonra "Barselona”nın argentinalı hücumçusu Messi hesab arasındakı fərqi artırıb – 3:1. Birinci hissə elə bu hesabla başa çatıb.
Matçın 75-ci dəqiqəsində Ernesto Valverdenin yetirmələri yenidən fərqləniblər. Rakitiçin ötürməsni Messi dəqiq yerinə yetirərək dubla imza atıb. Qoldan 2 dəqiqə sonra Messi bu dəfə assistlə diqqət mərkəzinə düşüb. Onun ötürməsini Luiz Suarez dəqiq tamamlayıb.
Beləliklə, "Barselona” doğma meydanda "Valyadolid”i 5:1 hesabı ilə darmadağın edib.
Bu qələbədən sonra Kataloniya klubu 22 xalla turnir cədvəlinin vahid liderinə çevrilib.
N.SAFURA
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ