SON DƏQİQƏ

Futbolda şok qadağa

Tarix:

30-10-2019, 08:53

/ 2 824 dəfə oxundu.
Futbolda şok qadağa

Şotlandiya Futbol Assosiasiyası 12 yaşadək uşaqlara topa başla vurmağı qadağan etmək istəyir.
GunAz.az xəbər verir ki, buna səbəb Qlazqo Universitetinin apardığı araşdırma ola bilər. 
Belə ki, tədqiqatların nəticələrinə əsasən, sabiq peşəkar futbolçularda digər insan qrupları ilə müqayisədə demensiya da (ağılın zəifləməsi, əvvəllər qazanılmış bilik və vərdişlərin, həyat keyfiyyətlərinin bu və ya digər dərəcədə itirilməsi, yenilərinin isə əldə edilməsinin mümkünsüzlüyü ilə xarakterizə olunan patoloji sindrom) daxil olmaqla, digər beyin xəstəliklərindən ölüm halları 3,5 dəfə çoxdu. 
Qeyd edək ki, 2016-cı ildə ABŞ Futbol Federasiyası 10 yaşdan kiçik uşaqlara məşq və matçlarda topa başla vurmağı qadağan edib. ABŞ-da həmçinin 11 – 13 yaşlı futbolçulara da məşqlərdə topa başla toxunma sayında məhdudiyyətlər var.Sport7.az
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ