SON DƏQİQƏ
» » "Beşiktaş"da YENİDƏN istefa səsləri: azarkeşlər 5 nəfərə od püskürdü

"Beşiktaş"da YENİDƏN istefa səsləri: azarkeşlər 5 nəfərə od püskürdü

Tarix:

25-10-2019, 12:13

/ 710 dəfə oxundu.
"Beşiktaş"da YENİDƏN istefa səsləri: azarkeşlər 5 nəfərə od püskürdü

Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Braqa”nı qonaq edən "Beşiktaş” klubunun azarkeşləri dəliyə dönüb.

İstanbul təmsilçisinin 1:2 hesabı ilə uduzması yeni baş məşqçi təyin olunan Abdullah Avcının xidmətini şübhə altına alıb.

Nəticə ilə heç cür razılaşmayan azarkeşlər mütəxəssisi istefaya səsləyib. "Vodafone Park”ı dolduran tərəfdarlar hesab 2-1 olanda Caner Erkin və Adem Ljajici hər top toxunuşlarında fitə basıb. Həmçinin, Necip Uysal və Oğuzhan Özyakupu da oyundan çıxarkən fitə basıb.

Qeyd edək ki, "Beşiktaş" azarkeşləri son olaraq istefa çağırışları ilə prezident Fikret Ormanı postundan getməyə məcbur etmişdi.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ