SON DƏQİQƏ
» » “Qarabağ” və APOEL komandalarının start heyətləri açıqlanıb

“Qarabağ” və APOEL komandalarının start heyətləri açıqlanıb

Tarix:

24-10-2019, 20:16

/ 685 dəfə oxundu.
“Qarabağ” və APOEL komandalarının start heyətləri açıqlanıb

UEFA Avropa Liqasının 2019-2020-ci illər mövsümünün qrup mərhələsinin üçüncü turu çərçivəsində "Qarabağ” və APOEL klubları arasında oktyabrın 24-də keçiriləcək qarşılaşma üçün komandaların start heyətləri açıqlanıb.
GunAz.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq görüşdə Ağdam təmsilçisinin heyətində ilk onbirlikdə Asmir Beqoviç, Ailton Silva, Bədavi Hüseynov, Maksim Medvedev, Rəşad Sadıqov, Miçel Madeyra, Riçard Almeyda, Qara Qarayev, Dani Kintana, Zubir və Maqaye Qeye yer alıblar.
APOEL-in heyətində isə meydana Beleç, Saviç, Merkis, Vuros, Ynnu, Matiç, Qendzoğlu, Lukas Souza, Mixayloviç, Xallenius və Pavloviç çıxacaqlar.
Qarşılaşmanı slovakiyalı Filip Qlovaya idarə edəcək.
Qrupda ilk oyununda öz meydanında İspaniyanın "Sevilya” klubuna məğlub olan (0:2) "Qarabağ” ikinci görüşündə səfərdə Lüksemburqun "Düdelanj” komandasına böyük hesabla qalib gəlib - 1:4. APOEL isə qrup mərhələsində keçirdiyi ilk iki oyunda məğlub olub - 4:3, 1:0.
Komandalar cari mövsümündə üçüncü dəfə qarşılaşacaqlar. Nikosiyalılar UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində ağdamlıları mübarizədən kənarlaşdıra biliblər. Azərbaycan çempionu səfərdə 54-cü dəqiqədə Mahir Emrelinin, 69-cu dəqiqədə isə Maqaye Qeyenin qolları ilə önə keçib. Son nöqtəni isə oyunun əsas vaxtına əlavə olunmuş dəqiqələrdə Giorqos Merkis qoyub - 2:1. Bundan sonra Tomas Doll APOEL-in baş məşqçisi postunda Paolo Tramezzanini əvəzləyib. Almaniyalı mütəxəssis Bakıdakı debüt qarşılaşmasında 2:0 hesablı qələbəyə sevinərək, mərhələ adlayıb.
Qrupun digər oyununda "Sevilya” öz meydanında "Düdelanj” klubu ilə qarşılaşacaq.
N.SAFURA
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ