SON DƏQİQƏ

"Qarabağ" büdrədi, "Qəbələ"dən əzmkarlıq

Tarix:

19-10-2019, 20:12

/ 1 398 dəfə oxundu.
"Qarabağ" büdrədi, "Qəbələ"dən əzmkarlıq

Oktyabrın 19-da futbol üzrə Azərbaycan Premyer Liqasının səkkizinci turuna “Qəbələ”-“Qarabağ” oyunu ilə start verilib.

GunAz.az xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən oyuna meydan sahibləri daha fəal başlayıblar. Matçın 3-cü dəqiqəsində “Qəbələ”nin futbolçusu Qismət Alıyev hesabı açıb. Altı dəqiqə sonra İsmayıl İbrahimli hesaba tarazlıq gətirib. Qarşılaşmanın ilk hissəsi 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Qarşılıqlı hücumlar şəraitində keçən görüşün ikinci hissəsində qapılara top vurulmayıb.

Beləliklə, “Qəbələ”-“Qarabağ” oyununda qalib müəyyənləşməyib – 1:1.

İki günü əhatə edəcək turun növbəti oyunu “ASCO Arena”da keçiriləcək. Saat 19:15-də start götürəcək görüşdə “Keşlə” komandası “Sabah”ı qəbul edəcək.

Oktyabrın 20-də “Bakcell Arena”da təşkil olunacaq “Neftçi”–“Zirə” oyunu saat 17:00-da başlayacaq. Həmin gün “ASCO Arena”da baş tutacaq “Səbail”-“Sumqayıt” oyunu ilə tura yekun vurulacaq. Qarşılaşma saat 19:30-da start götürəcək.

Turun bütün görüşləri “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.

Yeddi turdan sonra turnir cədvəlinə 21 xalla “Qarabağ” klubu başçılıq edir. Hesabında 11 xal olan “Neftçi” və “Keşlə” ikinci və üçüncü yerləri bölüşürlər. Digər pillələrdə müvafiq olaraq “Səbail” (10), “Zirə” (8), “Sumqayıt” (7), “Sabah” (5) və “Qəbələ” (5) yer alıblar.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ