SON DƏQİQƏ
» » AVRO-2020:İtaliya və İspaniya vəsiqəni təmin etməyə çox yaxındır

AVRO-2020:İtaliya və İspaniya vəsiqəni təmin etməyə çox yaxındır

Tarix:

12-10-2019, 08:44

/ 1 450 dəfə oxundu.
AVRO-2020:İtaliya və İspaniya vəsiqəni təmin etməyə çox yaxındır

Bu gün AVRO-2020-nin seçmə mərhələsində VII tura yekun vurulacaq.

GunAz.az-ın məlumatına görə, turun son günündə 8 oyun keçiriləcək.

İrlandiya lideri olduğu D qrupunda Gürcüstanın qonağı olacaq. Liderin izləyiciləri Danimarka və İsveçrə bir-biri ilə görüşəcək.

F qrupunda mübarizə aparan İspaniya AVRO-2020-yə vəsiqəni təmin edə bilər. Norveçin qonağı olacaq pireneylilər ardıcıl 7-ci qələbə ilə bunu rəsmiləşdirmək imkanına malikdir. Lakin bunun üçün autsayderlərin qonağı olacaq İsveçlə Rumıniyadan biri xal itirməlidir. Bu qarşılaşmalardakı münasib nəticələr İspaniyanı heç-heçə ilə də final mərhələsinə daşıyacaq.

Yunanıstanı qəbul edəcək İtaliyanın da vəsiqəni indidən rəsmiləşdirməsi real görünür. İstənilən hesablı qələbə apeninliləri həlledici raunda yüksəlməsi üçün yetərlidir. Digər matçlarda Lixtenşteyn Ermənistanı, Bosniya və Herseqovina isə Finlandiyanı qəbul edəcək. Bu oyunların nəticəsindən asılı olaraq İtaliyaya 1 xal da kifayət edə bilər.

Qeyd edək ki, VII turun digər oyunları oktyabrın 10-11-də baş tutub.


AVRO-2020-nin seçmə mərhələsi
VII tur
12 oktyabr

D qrupu
17:00. Gürcüstan – İrlandiya
20:00. Danimarka – İsveçrə

1

İrlandiya

5

3

2

0

5-3

11

2

Danimarka

5

2

3

0

15-5

9

3

İsveçrə

4

2

2

0

10-4

8

4

Gürcüstan

5

1

1

3

4-8

4

5

Cəbəllütariq

5

0

0

5

0-16

0

F qrupu
20:00. Farer adaları – Rumıniya
22:45. Norveç – İspaniya
22:45. Malta – İsveç

1

İspaniya

6

6

0

0

17-3

18

2

İsveç

6

3

2

1

13-8

11

3

Rumıniya

6

3

1

2

13-7

10

4

Norveç

6

2

3

1

11-8

9

5

Malta

6

1

0

5

2-13

3

6

Farer adaları

6

0

0

6

3-20

0

J qrupu
20:00. Bosniya və Herseqovina – Finlandiya
22:45. Lixtenşteyn – Ermənistan
22:45. İtaliya – Yunanıstan

1

İtaliya

6

6

0

0

18-3

18

2

Finlandiya

6

4

0

2

8-4

12

3

Ermənistan

6

3

0

3

12-11

9

4

Bosniya H.

6

2

1

3

12-11

7

5

Yunanıstan

6

1

2

3

7-10

5

6

Lixtenşteyn

6

0

1

5

1-19

1

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ