SON DƏQİQƏ
» » “Qarabağ”ın oyunundakı erməni təxribatı ilə bağlı - ETİRAZ

“Qarabağ”ın oyunundakı erməni təxribatı ilə bağlı - ETİRAZ

Tarix:

4-10-2019, 09:28

/ 1 004 dəfə oxundu.
“Qarabağ”ın oyunundakı erməni təxribatı ilə bağlı - ETİRAZ

AFFA rəhbərliyi Lüksemburqda “Düdelanj” və “Qarabağ” arasındakı Avropa Liqasının II tur matçında baş vermiş erməni təxribatına reaksiya verib.

GunAz.az AFFA-nın “Facebook” səhifəsinə istinadən məlumat verir ki, milli assosiasiya rəsmiləri dərhal UEFA ilə əlaqə saxlayaraq, narazılığını bildirib. 

Bu gün Avropa futbol qurumuna rəsmi qaydada müraciət olunacaq.

Qeyd edək ki, matçın 30-cu dəqiqəsində “Qarabağ” ikinci qolunu vurduqdan sonra “Jozi Bartel” stadionu üzərində dronla qondarma Dağlıq Qarabağın bayrağı sallanıb. Azərbaycan komandası və azarkeşlər buna kəskin etiraz edib. Matçda fasilə yaranıb. Lüksemburqun İdman naziri üzrxahlığını çatdırdıqdan sonra görüş davam etdirilib. Matç “Qarabağ”ın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

скачать dle 12.1

Şərhlər