SON DƏQİQƏ
» » “Qarabağ” ilk qələbəsini qazanmaq üçün Lüksemburq çempionu ilə üz-üzə

“Qarabağ” ilk qələbəsini qazanmaq üçün Lüksemburq çempionu ilə üz-üzə

Tarix:

3-10-2019, 11:50

/ 905 dəfə oxundu.
“Qarabağ” ilk qələbəsini qazanmaq üçün Lüksemburq çempionu ilə üz-üzə

Bu gün futbol üzrə Avropa Liqasında qrup mərhələsinin II turunun oyunları keçiriləcək. 

GunAz.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” da bu turnirdə növbəti matçına çıxacaq.

Qurban Qurbanovun çalışdırdığı Ağdam təmsilçisi səfərdə Lüksemburq çempionu “F91 Düdelanj”la üz-üzə gələcək. Şotlandiyadan olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşmada meydan sahibləri ardıcıl ikinci qələbəni qazanmağı hədəfləyibsə, “Qarabağ” ilk xal və xallarını əldə etməyə çalışacaq. Çünki ilk turda Ağdam klubu doğma meydanda İspaniya təmsilçisi “Sevilya”ya uduzubsa (0:3), “F91 Düdelanj” səfərdə Kipr APOEL-inə qalib gəlib – 4:3.

Bu görüşdə “Qarabağ”ın heyətində ispaniyalı futbolçu Xayme Romero oynamayacaq. Azərbaycan Premyer Liqasının V turunun “Zirə” ilə oyununda çiyin bağlarından biri qırıldığı üçün ölkəsinə göndərilmiş Xaymeni bu matçda həmyerlisi Dani Kintananın əvəzləyəcəyi gözlənilir. 

A qrupu
23:00 “F91 Düdelanj” (Lüksemburq) – “Qarabağ” (Azərbaycan)
23:00 “Sevilya” (İspaniya) – APOEL (Kipr)

Turnir cədvəli
Sevilya – 3
F91 Düdelanj – 3
APOEL – 0
Qarabağ – 0

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ