SON DƏQİQƏ
» » Olimpiya çempionumuz dünya çempionatında Azərbaycana ikinci medalı qazandırdı

Olimpiya çempionumuz dünya çempionatında Azərbaycana ikinci medalı qazandırdı

Tarix:

27-09-2019, 17:43

/ 1 069 dəfə oxundu.
Olimpiya çempionumuz dünya çempionatında Azərbaycana ikinci medalı qazandırdı

Qazaxıstanın Almatı şəhərində keçirilən yeniyetmə cüdoçular arasında keçirilən dünya birinciliyi davam edir.

GunAz.az xəbər verir ki, yarışların üçüncü günü Azərbaycan millisinin üzvü Vüqar Talıbov bürünc medal qazanıb. 

73 kq çəki dərəcəsində mübarizə aparan yeniyetmələrin Olimpiya çempionu III yer uğrunda qarşılaşmada İtaliya təmsilçisi Luici Sentraççioya qalib gəlib. Bu, millimizin Almatı şəhərində qazandığı ikinci medal olub.

Xatırladaq ki, dünən Kamran Süleymanov (-60 kq) gümüş medala sahib olub. Qeyd edək ki, Qazaxıstanda keçirilən dünya birinciliyində 61 ölkədən 463 cüdoçu mübarizə aparır.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ