SON DƏQİQƏ

MMA döyüşçüsü beyin xəstəliyindən öldü

Tarix:

26-09-2019, 12:07

/ 1 876 dəfə oxundu.
MMA döyüşçüsü beyin xəstəliyindən öldü

Amerikalı qadın MMA döyüşçüsü Keti Kolins 32 yaşında vəfat edib.

GunAz.az xəbər verir ki, onun ölümünün səbəbi beyin anevrizması olub.

İdmançının vəziyyəti sentyabrın 20-də pisləşib. O, insult keçirib və sentyabrın 25-də ölüb. Kolins iki oğlan uşağı böyüdürdü. Onun ölümü barədə məşqçisi Cey Ti Tili “Facebook” hesabında məlumat verib.

Qeyd edək ki, MMA-da “Qırmızı Əjdaha” ləqəbi ilə tanınan Keti Kolins əvvəl “Bellator” kimi tanınmış turnirdə iştirak edib. Onun MMA-da 12 görüşü olub. Mərhum bunlardan yeddisində qalib gəlib, beşində uduzub. Onun sonuncu döyüşü ötən ilin iyununda olub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ