SON DƏQİQƏ
» » Azərbaycanın yeddi klubu 800 manat cərimələndi

Azərbaycanın yeddi klubu 800 manat cərimələndi

Tarix:

17-09-2019, 13:42

/ 1 355 dəfə oxundu.
Azərbaycanın yeddi klubu 800 manat cərimələndi

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında Azərbaycan Premyer Liqasının IV turunda baş verən hadisələr müzakirə olunub.

GunAz.az xəbər verir ki, “Sumqayıt” – “Zirə” matçında hər iki komandanın bəzi rəsmiləri “A” buraxılışından istifadə etmədiyinə görə klublar 800 manat cərimə olunub.

“Sabah” – “Qəbələ” və “Keşlə” – “Səbail” görüşlərində bütün komandaların dörd futbolçusu sarı vərəqə ilə cəzalandıqları üçün bu dörd klub 800 manat cərimə ödəyəcək.

“Qarabağ” – “Neftçi” matçında “Qarabağ”ın rəsmi şəxsləri “A” buraxılışından istifadə etmədiyinə görə klub 800 manat cərimə olunub.

Qeyd edək ki, bu, “Qarabağ”ın ikinci belə cəzasıdır.

скачать dle 12.1

Şərhlər