SON DƏQİQƏ
» » ABŞ kəşfiyyat məlumatı verdi: İran 20 PUA ilə hücum edib

ABŞ kəşfiyyat məlumatı verdi: İran 20 PUA ilə hücum edib

Tarix:

17-09-2019, 13:40

/ 1 366 dəfə oxundu.
ABŞ kəşfiyyat məlumatı verdi: İran 20 PUA ilə hücum edib

ABŞ Səudiyyə Ərəbistanıyla “Saudi Aramko” şirkətinin obyektlərinə hücumla bağlı kəşfiyyat məlumatlarını bölüşüb.

GunAz.az xəbər verir ki, bu məlumatı “Vol Strit Jurnal” öz mənbələrinə istinadən yayıb. Amerika kəşfiyyatının məlumatlarında İranın Səudiyyə Ərəbistanına hücumu 20 pilotsuz uçan aparat və minimum 10 raketlə həyata keçirdiyi vurğulanıb.

Məlumatlarla tanış olan Ər-Riyad rəsmiləri ABŞ-ın onlara təqdim etdiyi sübutların yetərli qədər olmadığını bildiriblər. ABŞ-ın Ər-Riyada yeni kəşfiyyat məlumatlarını yaxın zamanlarda təqdim edəcəyi vurğulanıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ