SON DƏQİQƏ
» » “Tofiq Bəhramov”da mövsümün ilk prinsipial qarşıdurması - PREVYU

“Tofiq Bəhramov”da mövsümün ilk prinsipial qarşıdurması - PREVYU

Tarix:

14-09-2019, 12:50

/ 1 389 dəfə oxundu.
“Tofiq Bəhramov”da mövsümün ilk prinsipial qarşıdurması - PREVYU

Milli komandaların oyunları ilə əlaqədar olaraq fasilə verilən Azərbaycan Premyer Liqası bu gün start götürüb.

GunAz.az xəbər verir ki, bu gün Premyer Liqa qaldığı yerdən – IV turdan davam edəcək.

Bu günə iki görüş nəzərdə tutulub. Təbii ki, turun mərkəzi görüşü Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. Sabah keçiriləcək mərkəzi qarşılaşmada Azərbaycanın dəyişməz çempionu “Qarabağ”la gümüş mükafatçı “Neftçi” qarşılaşacaq.

Nominal meydan sahibi hazırda maksimum nəticə ilə turnir cədvəlinin lideri olan “Qarabağ” olacaq. Ağdam klubunda iki itki var. Belə ki, Maksim Medvedev və braziliyalı Rişard Almeyda millimizin son iki oyunu zamanı zədə alıb. Ancaq onların oynayıb-oynamasına oyun günü aydınlıq gələcək. Xorvatiyalı Filip Ozobiçin oynamaması isə dəqiqdir.

Hazırda dörd xalla V sırada olan “Neftçi”də isə iki futbolçu, böyük ehtimalla, oynamayacaq. Sol cinah müdafiəçisi Anton Krivotsyuk ötən matçda qırmızı vərəqə aldığından, bu vacib görüşü buraxacaq.

Həmçinin, haitili mərkəz yarımmüdafiəçisi Soni Mustivarın da zədəsi qalmaqdadır. Onun oynaması da oyun günü bilinəcək. Yeri gəlmişkən, bu matçda Krivotsyukun yoxluğunda müdafiədə keçmiş “Qarabağ”lı Donald Qeryenin oynayacağı gözlənilir. Haiti millisinin futbolçusunun debütünün sabiq komandasına qarşı olması maraqlı məqamdır.

Sabahkı “Keşlə” – “Səbail” görüşü də maraqla gözlənilir. Çünki bu komandalar müvafiq olaraq II və III sırada qərarlaşıb. Hər iki komandanın altı xalı var.

14 sentyabr

18:00 “Sumqayıt” – “Zirə”
“Kapital Bank Arena”. Baş hakim: Kamal Umudlu

20:00 “Sabah” – “Qəbələ”
“Bank Respublika Arena”. Baş hakim: Vüqar Həsənli  
  
15 sentyabr

18:00 “Keşlə” – “Səbail”
“Bakcell Arena”. Baş hakim: Elçin Məsiyev

20:30 “Qarabağ” – “Neftçi”
Tofiq Bəhramov adına Respublika Stadionu. Baş hakim: Əliyar Ağayev

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ