SON DƏQİQƏ

Bu gün premyer Liqanın IV tur baş tutacaq

Tarix:

14-09-2019, 08:17

/ 1 280 dəfə oxundu.
Bu gün premyer Liqanın IV tur baş tutacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IV tura start veriləcək.

GunAz.az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutacaq. 

Turun açılış matçı Sumqayıtda olacaq. Şəhərin eyniadlı komandası "Zirə"ni qəbul edəcək. "Gənclik şəhəri" təmsilçisi 3 xalla 6-cı, qəsəbə klubu isə 4 xalla 4-5-ci yerləri bölüşdürür. Komandalar Premyer Liqada indiyədək 16 dəfə üz-üzə gəliblər. Bunların 4-də meydan sahibləri, 9-da isə "Zirə" 3 xal qazanıb. 3 oyunda qalib müəyyənləşməyib. Topların nisbətində də paytaxt təmsilçisinin aşkar üstünlüyü var - 21:12. “Sumqayıt” çempionatda rəqibinə son iki matçda qol vura bilməyib, “Zirə” isə ardıcıl üç qələbə qazanıb.

Günün digər görüşündə "Qəbələ" "Sabah"ın qonağı olacaq. Əyalət təmsilçisi 3 turdan sonra sıfır xalla sonuncu, "Sabah" isə 2 xalla yeddinci yerdədir. Komandalar çempionatda yalnız ötən mövsüm üz-üzə gəliblər. 2 matçda "Qəbələ", 1 görüşdə isə paytaxt klubu qələbə qazana bilib, 1 qarşılaşma isə heç-heçə yekunlaşıb. Topların fərqində də "Qəbələ" öndədir - 3:2.

Qeyd edək ki, IV turda keçiriləcək "Keşlə" - "Səbail" və "Qarabağ" - "Neftçi" matçları sentyabrın 15-də olacaq.

Azərbaycan Premyer Liqası, IV tur

14 sentyabr (şənbə)

18:00. “Sumqayıt” – “Zirə”

Hakimlər: Kamal Umudlu, Rahil Ramazanov, Cavanşir Yusifov, Fərid Hacıyev

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Şaiq Həmidov

“Kapital Bank Arena”

20:00. “Sabah” – “Qəbələ”

Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Vüqar Bayramov, Etibar Həsənov

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Eldəniz Musayev

“Bank Respublika Arena”

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ