SON DƏQİQƏ
» » Həbibin məğlub etdiyi idmançı: Makqreqorla döyüşmək istəyirəm

Həbibin məğlub etdiyi idmançı: Makqreqorla döyüşmək istəyirəm

Tarix:

11-09-2019, 19:18

/ 1 396 dəfə oxundu.
Həbibin məğlub etdiyi idmançı: Makqreqorla döyüşmək istəyirəm

Qarışıq döyüş növlərinin (MMA) UFC kateqoriyası üzrə ən güclü idmançılarından hesab edilən Dastin Porye irlandiyalı Konor Makqreqor ilə revanş döyüşü keçirmək istəyir.

GunAz.az xəbər verir ki, amerikalı idmançı bu barədə Tvitter hesabında bildirib.

“Düşünürəm, indi mənimlə Konor arasında revanş qarşılaşması olmalıdır”, - deyə D.Porye yazıb.

İdmançılar 2014-cü il sentyabrin 27-də qarşılaşıblar. Həmin döyüşdə K.Makqreqor texniki nokautla qalib gəlib.

Sentyabrın 7-də isə D.Porye Rusiya təmsilçisi Həbib Nurməhəmmədova uduzub. O, bu məğlubiyyətdən sonra UFC-nin müvəqqəti çempionu titulundan məhrum olub.

D.Porye aprelin 14-də həmvətəni Maks Hollouey ilə döyüşdə hakimlərin yekdil qərarına əsasən qalib gəlib və müvəqqəti çempion titulunu qazanıb. Otuz yaşlı D.Poryenin aktivində 25 qələbə və 6 məğlubiyyət var. Onun bir döyüşü isə baş tutmamış hesab edilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ