SON DƏQİQƏ

FIFA DÇ-2022-nin loqotipini təqdim etdi

Tarix:

4-09-2019, 08:00

/ 1 268 dəfə oxundu.
FIFA DÇ-2022-nin loqotipini təqdim etdi

FIFA Qətərdə keçiriləcək DÇ-2022-nin loqotipini təqdim edib.

FİFA-nın rəsmi saytında bildirilir ki, emblemin əyilmiş xətləri özündə qum təpələrini simvolizə edir.

Fasiləsiz dövrə vurma "8-lik" formasında işlənilib ki, bu da çempionatın oyunlarını qəbul edəcək 8 stadionu, habelə, sonsuzluq simvolunu göstərir. 

Loqotipin mərkəzi elementi olan ilgək yalnız trofeyin formasını təkrarlamır. O həm də körfəz xalqlarının ənənəvi baş örtüyü sayılan çalmanı göstərir. Emblemi müşayiət edən şrift isə ənənəvi ərəb kalliqrafiyasına əsaslanır.

Qeyd edək ki, qarşıdakı dünya çempionatı 21 noyabr - 18 dekabr 2022-ci ildə təşkil olunacaq. Bu, yayda yox, qışda keçiriləcək ilk mundial kimi tarixə düşəcək.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ