SON DƏQİQƏ

İlin ən yaxşı qapıçıları

Tarix:

3-09-2019, 09:09

/ 1 335 dəfə oxundu.
İlin ən yaxşı qapıçıları

İngiltərənin “Liverpul” və “Mançester Siti” klublarının braziliyalı qapıçıları - müvafiq olaraq Alisson və Ederson, İspaniyanın “Barselona” klubunun alman qapıçısı Mark-Andre ter Ştegen Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) versiyasına görə, ilin ən yaxşı qapıçısı adına namizədlərin qısa siyahısı üçün seçiliblər.

GunAz.az xəbər verir ki, bu barədə məlumatı təşkilatın mətbuat xidməti yayıb.

Ən yaxşı qapıçı mükafatı 2017-ci ildən verilir. Onun ilk sahibi italyan Canluici Buffondur (“Yuventus”). Ötən il bu ada “Çelsi”nin heyətində oynayan, lakin hazırda “Real”ın oyunçusu olan belçikalı Tibo Kurtua layiq görülüb. Avqustun 29-da Alisson ötən mövsümdə Çempionlar Liqasının ən yaxşı qapıçısı hesab edilib. Ötən yay o, “Liverpul”un heyətinə keçib, ötən mövsümdə bu klubun heyətində Çempionlar Liqasının qalibi olub, habelə İngiltərə çempionatında ikinci yeri tutub. Ederson İngiltərə çempionu, İngiltərə Kubokunun və İngiltərə Liqası Kubokunun sahibi olub. Hər iki qapıçı Braziliya yığmasının heyətində Amerika Kubokunu udub. Ter Ştegen ötən mövsümdə İspaniya çempionu olub və “Barselona”nın heyətində Çempionlar Liqasının yarımfinal mərhələsinə çıxıb. Futbolçu Avropa Futbol Federasiyaları Assosiasiyasının (UEFA) versiyasına görə, Çempionlar Liqası mövsümünün rəmzi yığmasına daxil olub.

FIFA ən yaxşı qadın qapıçı adına namizədlərin adlarını da açıqlayıb. Bu mükafat ilk dəfə təqdim ediləcək. Qısa siyahıya çilili Kristiana Endlerin (PSJ), isveçli Hedviq Lindalın (“Çelsi”, daha sonra “Volsburq”) və hollandiyalı Sara van Venendalın (“Arsenal”, daha sonra “Atletiko”) adları daxil edilib.

Ən yaxşı qol adına namizədlərin qısa siyahısı üçün “Barselona”nın argentinalı hücumçusu Lionel Messinin, Argentinanın “River Pleyt” klubunun kolumbiyalı yarımmüdafiəçisi Xuan Kinteronun və “Debretsena” klubunun macar hücumçusu Daniel Jorinin vurduqları qollar seçilib.

“Palmeyrasa” klubunun matçlarında meydanda nələr baş verdiyini gözdən əlil oğluna danışan braziliyalı Silviya Qrekko, Fransada qadın futbol komandalarının çempionatında öz komandalarını əzmlə dəstəkləyən Niderland yığmasının fanatları və “Serro”ya azarkeşlik edən, lakin vəfat etmiş oğlunun xatirəsinə ehtiram əlaməti olaraq “Serro”nun rəqibi “Rampla”nın hər bir matçına gedən uruqvaylı Xusto Sançes ən yaxşı azarkeş adına əsas namizədlər siyahısında yer alıblar.

FIFA mükafatlarının təqdimatı mərasimi sentyabrın 23-də İtaliyanın Milan şəhərində keçiriləcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ