SON DƏQİQƏ
» » “Neftçi” Avropa Liqasında çıxışını başa vurdu

“Neftçi” Avropa Liqasında çıxışını başa vurdu

Tarix:

15-08-2019, 22:57

/ 1 373 dəfə oxundu.
“Neftçi” Avropa Liqasında çıxışını başa vurdu

UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Neftçi” səfərdə İsrailin “Bney Yehuda” klubu ilə qarşılaşıb.

GunAz.az xəbər verir ki, görüş komandamızın məğlubiyyəti ilə yekunlaşıb.

Bakı vaxtı ilə saat 21:00-da start götürmüş oyunda meydan sahibləri 2:1 hesablı qələbə qazanıblar.

Dor Jan və Tambi komandasının qollarına imza atıblar.

Oyuna əlavə olunmuş Emin Mahmudovun penaltidən vurduğu qol da komandamıza kömək etməyib.

Bakıdakı görüş 2:2 hesablı bərabərliklə yekunlaşdığı üçün bu nəticə təmsilçimizin Avropa Liqasında mübarizəsini başa vurmasına səbəb olub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ