SON DƏQİQƏ

"Neftçi" bu gün çətin sınaq qarşısında

Tarix:

15-08-2019, 08:26

/ 1 424 dəfə oxundu.
"Neftçi" bu gün çətin sınaq qarşısında

“Neftçi” bu gün UEFA Avropa Liqasında növbəti oyununu keçirəcək.

Avromedia.az xəbər verir ki, paytaxt təmsilçisi III təsnifat mərhələsinin cavab matçı çərçivəsində İsraildə “Bney Yehuda” ilə üz-üzə gələcək.

Petah Tikvadakı “Ha Moshava” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Avqustun 8-də “Bakcell Arena”da reallaşan ilk qarşılaşmada heç-heçə qeydə alınıb - 2:2.

Qeyd edək ki, “Neftçi” “Bney Yehuda”nı mübarizədən kənarlaşdıracağı təqdirdə, pley-off mərhələsində “Malmö” (İsveç) – “Zrinski” (Bosniya və Herseqovina) duelinin qalibi ilə qarşılaşacaq. İsveç komandası evdə keçirdiyi ilk oyunda 3:0 hesabı ilə qalib gəlib.

Avropa Liqası

III təsnifat mərhələsi, cavab oyunu

21:00. “Bney Yehuda” – “Neftçi”

Baş hakim: Daniele Doveri

Yan xətt hakimləri: Alessandro Kostantso və Alesio Tolfo

Dördüncü hakim: Fabritsio Paskua (hakimlər briqadası İtaliyadandır)

Hakim-inspektor: Stefan Lannoy (Fransa)

UEFA nümayəndəsi: Tarqo Kaldoya (Estoniya)

Petah Tikva, “Ha Moshava” stadionu

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ