SON DƏQİQƏ

Bu, iqtisadi terrorizmdir - Zərif

Tarix:

22-07-2019, 08:37

/ 1 638 dəfə oxundu.
Bu, iqtisadi terrorizmdir - Zərif

ABŞ-ın Tehrana qarşı sanksiyaları iqtisadi terrorizmdir.

GunAz.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.

“Terrorizm siyasi məqsədlər üçün mülki vətəndaşlara qarşı zorakılıq və hədə-qorxudan istifadədir. Beləliklə, ABŞ iqtisadi terrorizmə cəlb edilib. Bunu “sanksiya” adlandırmaq olmaz, çünki onları qanunun icrasına nəzarət etmək üçün tətbiq etməyiblər. Əslində, onlar qanunu pozurlar”, - Zərif tvitterdə yazıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ