Əsas məqsədimiz nəticə qazanmaqdır - Bordin

Moldovaya qayıtdığıma görə sevinirəm. Çünki burada gözəl vaxtım keçib. “Şerif”lə uğurlar qazanmışam. Güclü rəqiblə qarşılaşacağıq. Buna görə də bu ölkəyə tez gəlmişik ki, matça daha yaxşı hazırlaşaq. Əsas məqsədimiz düzgün oynayaraq nəticə qazanmaqdır.

GunAz.az xəbər verir ki, bu barədə UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində “Zimbru” stadionunda keçiriləcək “Speranta” – “Neftçi” oyunundan əvvəl təşkil olunmuş mətbuat konfransında komandamızın baş məşqçisi Roberto Bordin deyib.

İtaliyalı mütəxəssis bildirib ki, futbolçulardan Baqali Dabo ilə Soni Mustivar təlim-məşq toplanışının ilk günündən komanda ilə məşq etmirlər. Komandanı onlarsız hazırlamışıq. Bununla belə, o mövqedə Stiven Monroz kimi güclü oyunçumuz var. Ümumiyyətlə, hər mövqedə yaxşı futbolçularımız var. Bu, rəqabəti gücləndirib. Əvvəl buraxdığımız səhvlərdən nəticə çıxarmağa çalışırıq.

“Komandanı yaxşı kökləmişik. Yeni transferlərimiz komandaya uyğunlaşıblar. Moldovaya qələbə qazanmaq üçün gəlmişik. Amma nəzərə almaq lazımdır ki, mərhələ iki oyundan ibarətdir. Rəqibin baş məşqçisini, futbolçularını yaxşı tanıyıram. Rəqibə hörmətlə yanaşırıq, sonadək mübarizə aparacağıq. Çalışacağıq gözəl oyun nümayiş etdirib azarkeşlərimizi sevindirək. İnanıram ki, sonda qələbəni birlikdə qeyd edəcəyik. Azarkeşlərimizin dəstəyi bizə əlavə motivasiya verəcək”, - deyə baş məşqçi vurğulayıb.

Konfransdan sonra komandamızın ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olan məşqi olub.

“Neftçi”nin müdafiəçisi Kirilo Petrov qeyd edib ki, “Speranta”nı yaxşı təhlil etmişik. Güclü rəqibdir. Ciddi hazırlaşmışıq. Çalışacağıq keçən il buraxdığımız səhvləri təkrarlamayaq. 90 dəqiqə vuruşmağa hazırıq.

Qeyd edək ki, “Speranta” – “Neftçi” oyunu iyulun 11-də Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

скачать dle 10.6фильмы бесплатно
[xfvalue_video]